09 sentyabr 2021 16:44
1991

Yaşından asılı olmayaraq, bütün qadınlar nazlanmalıdırlar - FOTO

Çin

Çin qadınları üz və dəriyə qulluq vasitələrinə əməlli-başlı pul xərcləyirlər (təxminən ayda 300 dollar). Onlar Çin istehsallı kosmetik vasitələrinə deyil, Yaponiya və Koreya məhsullarına üstünlük verirlər. Daha imkanlı xanımlar bahalı Avropa brendlərindən yararlanırlar. Kişilər qadınların belə israfına normal yanaşır, gileylənmirlər. Bu ölkədə gözəlliyin bir neçə kriteriaları var. Yəni, qadının gözəl gözləri, dik burnu, kiçik ağzı və əlbəttə ki, ağ dərisi olmalıdır. Odur ki, çinli qadınlar ağ dəriyə sahib olmaq üçün nə hiylələrə əl atırlar.Ən əsası, günəşdən gizlənmək üçün çətirdən, şlyapadan, uzun günlüklərdən istifadə edirlər. Hal-hazırda demək olar ki, bütün dünyada dəbə düşən  günəşdən qaralmış bürünc dəri Çində keçərli deyil.

Burada yaşayan  qadınlar arıq qalmaq üçün müxtəlif üsullardan istifadə edirlər. Amma eyni zamanda, yeməkdən də qalmırlar. Çində yemək həvəskarı olmaq Avropadakı kimi ayıb sayılmır. Çində dolu bədənli olmaq əslində, xoş görünüş sayılır. Amma bədən ölçülərini normada saxlamaq üçün idmanla məşğul olan qadınlara tez-tez rast gəlmək olar.

Çində qadın mütləq mülayim və incə davranışlı olmalıdır. Ona görə də yaşından asılı olmayaraq, bütün qadınlar (hətta 50 yaşında belə) uşaqsayağı nazlanmalıdırlar.

Gündəlik rejimə riayət bu ölkədə mütləqdir. Burada qadınlar erkən yatıb, tezdən oyanırlar və nahardan sonra da yatmağa fürsət tapırlar. Bütün Çin eyni saatda səhər, günorta və axşam yeməyi yeyir. Yeməyə gəlincə, çinli qadınlar  meyvə-tərəvəzi öz mövsümündə yeyirlər. Həmçinin süfrələrindən zəncəfil, küncüt və jojobanı əskik etmirlər. Rafinə olunmamış qara şəkərdən istifadə edirlər. Bu qadınlara şirniyyata və şokolada meyil hissi yaddır. Yeməkarası atışdırma üçün onlar duzlu və ya acılı çərəzlərə üstünlük verirlər. Eləcə də bol miqdarda meyvə-tərəvəz və göyərti yeyirlər.

Çin qadınları bədənlərinin yuxarı hissəsini qapalı saxlayırlar. Bu ölkədə nə qədər mini ətək geyinilsə və ya paltara dərin yarıqlar qoyulsa ayıb sayılmaz, amma açıq sinə qəbuledilməzdir. Hər çinli qadının qarderobunda “tsipao” adlanan qapalı, eyni zamanda bədənə kip yapışan milli geyim mövcuddur.

Çinli qadınların günəşdən sonra qorxduqları ikinci amil şaxtadır. Bu ölkənin qadınları, ümumiyyətlə, soyuq su içmirlər, bol isti sudan istifadə edirlər. Bəzi qadınlar, ümumiyyətlə, dondurmadan imtina ediblər. Doğuş keçirmiş qadınlar bir ay müddətində duş qəbul etmir, zəncəfilli suyla yungülcə yuyunurlar. Ən maraqlısı isə odur ki, yeni doğmuş qadın bir ay müddətində yataq rejimində qalır. Uşağa qadının anası və ya qayınanası, baldızı baxır. Hesab olunur ki, doğuşdan sonrakı bir aylıq yataq rejimi enerji itirmiş qadına bərpa üçün faydalı olacaq.

İran

İranlı qadınlar dərilərinin hamarlığını təbii yağlayara, ölü dəniz duzuyla etdikləri peelinglere və süd duşuna borcludurlar. Nizamlı olaraq süd duşu etmək dərinin hamar olmasını təmin edərkən, eyni zamanda rənginin də açılmasına kömək edir.

Saçlarının gözəlliyinə diqqət göstərən İran qadınları saç rənglərini dəyişdirməkdən xoşlansalar da təbii yağlarla tez-tez saçlarına qulluq etməyi də unutmurlar. Nizamlı fasilələrlə argan yağıyla edilən baxım sayəsində yumşaq və gur saçlara sahib olurlar.

Badam gözləriylə məşhur olan bu qadınlar gözlərindəki qəhvə rəngini daha ön plana çıxarmaq üçün tünd rəng ten və qələm istifadə edirlər. Demək olar ki, onlar göz makiyajını ön plana çəkmək üçün dodaq makiyajını ümumiyyətlə, daha sadə etməyə üstünlük verirlər.

Fransa

Fransız qadınlarına çoxumuz heyranlıqla baxırıq. Bəs görəsən yataqdan qalxdıqda belə, gözəl görünən bu qadınların sirri nədədir?

Fransız qadınları təbii makiyajın tərəfdarıdır. Fransız qadınları gündəlik makiyajda  ağır makiyajı sevmir. Gündəlik makiyajda bir azca ənlik və dodaq boyası istifadə edirlər. Xüsusən də açıq qırmızı dodaq boyası onlar üçün əvəzolunmazdır. Dərilərini makiyajdan maksimum dərəcədə qorumağa çalışırlar. Sadəlikləri ilə göz qamaşdıran fransız qadınları gecə makiyajla əsla yatmazlar. Makiyajı təmizləmək onlar üçün ənənəvi işdir.

Fransız qadınları üz dərisində qan dövranını sürətləndirmək üçün termal su işlədirlər. Termal sular dərini nəmləndirmək və təravətləndirmək qabiliyyətinə sahibdir. Bu baxımdan termal sular dəri üçün olduqca effektli vasitədir.

Fransız qadınları hesab edir ki, üzü tez-tez yumaq dərinin yağ və nəm balansını pozur. Buna görə də gün ərzində üzlərini çox az yuyarlar. Axşamlar isə dəri tipinə uyğun tonik və kremlə dəri təmizliyi edirlər. Fransız qadınlarını nümunə götürərək hər gecə siz də nəmləndirici serumlar və toniklər çəkin.

Bu ölkədə yaşayan qadınların düşüncələrinə görə, baxımlı görünən və par-par parıldayan saç qadının gözəlliyini ön plana çıxaran ən əhəmiyyətli vasitədir. Onlar  saçları üçün kosmetik məhsulları işlətmək yerinə, ən təbii vasitələri məhsullarla təmizləyirlər. Təmizlədikdən sonra saçın öz nəmini qorumaq üçün fendən istifadə etmirlər, təbii şəkildə qurudurlar.

Fransız qadınları gözəlliklərini qorumaq üçün sağlam qidalanmağın mütləq olduğunu düşünürlər. Sağlam qidalanmaq sağlam yaşamaq, sağlam dəri və sağlam saç deməkdir. Vücuddakı hüceyrələri normya salmaq və balansını qorumaq üçün karbohidratlar, proteinlər, minerallar və vitaminlərdən bol-bol istifadə edirlər. Sağlam qidalanma ilə yanaşı, hərdən bir şərab da içirlər.

Hindistan

Hind qızları uzun və ipək saçları ilə dünyada məşhurdurlar. Belə gözəl saçların sirri kokos yağındadır. Hindistanlılar ilıq kokos yağı ilə saç dərisini masaj edirlər. Bir gecə saçda qalan yağ səhəri gün yuyulur. Beləliklə, saç parlaq və canlı olur.Onlar, həmçinin bu yağlardan hazırlanan qarışımlarla saça müxtəlif maskalar edirlər. Saç rənglənməsində isə kimyəvi deyil, təbii boyalara üstünlük verilir. Xına, çuğundur, çay yarpağı ilə hazırlanan boyalar geniş istifadə olunur.

Hindistanlı qızlar  yeməklərdə olduqca müxtəlif ədviyyatlardan istifadə edirlər. Bütün yeməklərin olmazsa olmazı isə sarıkökdür. Qadınlar bu ədviyyatdan sadəcə yeməkdə deyil, eyni zamanda, dəriyə qulluq zamanı da istifadə edirlər. Gül suyu, biyan kökü, rubia kordoflia bitkisi də mütləqdir.

Gozəl gözlərə sahib olan hind xanımlarının əsasən istifadə etdikləri sürmə və kajal karandaşlardır. Onlar makiyaj etməsə belə mütləq gözlərinə sürmə çəkirlər.

Rusiya

Soyuq ölkə olan Rusiyada qadınlar dərilərini nizamlı şəkildə nəmləndirmək məcburiyyətində qalırlar. Bu səbəbdən rus qadınları dərilərinə xüsusi qulluq edirlər. Nə qədər qəribə səslənsə də, rus qadınları gözəllikləri üçün sarımsağa və gül yağına borcludurlar. Onların gözəllik maskalarının bir çoxunda bu iki məhsul iştirak edir.

Rus qadınları sızanaqlardan xilas olmaq üçün üzlərinə nizamlı olaraq sarımsaq yağı çəkirlər. Bu yağ dəridəki bakteriyaları yox edir və yeni sızanaqların meydana gəlməsinə mane olur.

İtaliya

İtalyan qadınlarının hər kəsi qısqandıran gözəl saçlarının sirri qatıq və zeytun yağını qarışdıraraq saçlarını nəmləndirməkdir.  Siz də zülal ilə zəngin bu maskadan yararlanmaq  istəyirsinizsə onda bir fincan qatıq və bir qaşıq zeytun yağı qarışığını yuyulmuş saça tətbiq edib, beş dəqiqə saxladıqdan sonra, soyuq suyla yaxalaya bilərsiniz.

Samirə Tağıyeva, "İki sahil"