09 sentyabr 2021 21:45
1260

Bu təyyarələrlə ünvan başına 8 dəfə tez çatacağıq - VİDEO

Səsdən sürətli (supersonik) təyyarələr hələ istifadəyə tam daxil olmasa da, onların tezliklə fəaliyyətə başlaması üçün işlər sürətləndirilib. 

“İki sahil” xəbər verir ki, sürəti saatda 6500 kilometrdən çox olan belə sərnişin təyyarəsinin istifadəyə verilməsi ilə İstanbuldan Nyu-Yorka getmək bəlkə də 1 saat 40 dəqiqə çəkəcək. Hazırda istifadə olunan təyyarələrin maksimal sürəti təxminən 800-900 kilometrdir.

Təxminlərə görə, 2030-cu ildən sonra hipersəs təyyarələri ilə hava yolu uçuşları səsdən 5-6 qat daha sürətli həyata keçiriləcək.