10 sentyabr 2021 10:10
1134

Yatağına ilan girən kişinin qorxu dolu anları

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb.

Videodan görünür ki, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır. Xoşbəxtlikdən ona zərər dəymir.

Kadrda ilanın sürünərək getdiyi də görünür.

Oxu.Az