10 sentyabr 2021 10:58
1053

Yeməklərimi hər yerə özümlə aparıram

Türkiyəli müğənni Gülşən qüsursuz bədən formasının sirrini açıqlayıb.

"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 48 kiloqram olan sənətçi yeməklərini özü hazırladığını deyib: "Kənarda heç nə yemirəm. Yeməklərimi hər yerə özümlə aparıram. Hər gün 8-10 kilometr yürüyüş edirəm. Həftənin 3 günü pilateslə məşğul oluram. Konsertdən 12 saat əvvəl ağırlıq qaldırıram. Axşamlar saat 23:00-da yatıram, səhər isə 07:00-da oyanıram".