Yaşlanma əleyhinə araşdırmalar aparan bir araşdırma qrupu təcrübələr aparmaq üçün çoxlu maliyyə vəsaiti alıb. Sərmayəçilərdən biri milyarder Jeff Bezosdur.
“Altos Labs” biotexnoloji şirkəti yaşlanma proseslərini öyrənir və insan hüceyrələrinin yenidən proqramlaşdırılması üçün bir texnika hazırlamağı planlaşdırır. Bu araşdırma ölümlə mübarizə aparmağa kömək edəcək. Layihənin əsas investorları sahibkar Ceff Bezos və rus-israilli iş adamı Yuri Milnerdir.
Şirkət gələcək tədqiqatlara cəlb etmək üçün alimlər axtarır. Mütəxəssislər laboratoriyada insan və heyvan embrionlarını qarışdırmaqla təcrübələr həyata keçirirlər.
“Altos Labs” insan ölümsüzlüyünə uzaqdan zəmanət verə biləcək texnologiyalar üzərində işləyəcək. Araşdırma mərkəzləri Tokio və San -Fransiskoda yerləşəcək.
Nubar Süleymanova, “İki sahil”