Çamois Alp dağlarının ətəyində yerləşən, İtaliyanın şimalında tarixi bir dağ kəndidir. Dünyanın ən təmiz havalı yerlərindən biri olan bu kənd İtaliyanın Şimal -Qərbindəki Aosta vadisində yerləşir. Çamois kəndi qitənin avtomobillə gedilə bilməyən yeganə nöqtəsi sayılır. Sərt yamacına görə maşınla getməyin mümkün olmadığı kəndə kanatla getmək olar. Kənd çətin relyefdə yerləşdiyinə görə nəqliyyat vasitələri üçün uyğun deyil. Nəqliyyat vasitələrinin gedə bilmədiyi kənd bu səbəbdən də maşını olmayan kənd olaraq da bilinir. Bu cəhətinə görə Çamois həm İtaliyanın, həm də Avropanın yeganə nümunəsidir.
Yüzlərlə metr yüksəklikdədir
1815 metr yüksəklikdə olan kənd əlçatmaz olduğu üçün yol qəzalarından qorunub. Lakin 1960-cı illərin əvvəllərində ölkənin iqtisadi yüksəlişi dövründə İtaliyanın nəqliyyat infrastrukturunun artması səbəbindən kənd əhalisi yolla bağlı qərar verməli idi.
Referendumda yola qarşı səs verdilər
1965 -ci ildə keçirilən referendumda kənd sakinlərinin 95 %-i onları aşağıdakı vadiyə bağlayacaq bir yolun çəkilməsinə qarşı səs verib. Ancaq onlar cəmiyyətdən təcrid olunmağı da israr etməyiblər. Bunun əvəzinə, Çamois xalqı uzun müddət dağ yamacına qalxmaq üçün istifadə olunan başgicəlləndirici köhnə yolun əvəzinə kanatın tikilməsini istəyib. Referendum qərarından sonra vadidə kəndə ən yaxın yaşayış məntəqəsi olan Buisson kəndi ilə əlaqə yaratmaq üçün kanat layihəsi hazırlanıb. Bu qərar təcrid olunmuş kəndi İtaliyanın qalan hissəsi ilə birləşdirməli və hətta bunu maşınlarla dolu yer olmadan bacaracaq idi.
2001-ci ildə təmir edilib
İlk kanat kiçik olsa da insanların dağdan aşağıya və yuxarıya sürətlə hərəkət etməsinə imkan verib. Kanatın 700 metrlik yolu cəmi bir neçə dəqiqə çəkib. 2001 -ci ildə daha çox sərnişini rahat daşıya bilən müasir bir kanatın çəkilməsi gündəmə gəlib. Mərkəzi nöqtələrə gediş-gəliş asanlaşsa da, immiqrasiya və yaşlı əhali səbəbindən kəndin əhalisi azalıb. Bir zamanlar təxminən 350 nəfər olan əhalinin sayı indi təxminən 100 nəfərdir. Yenə də burada qalan sakinlər kəndlərində qərarlı şəkildə yaşamağa davam ediblər. Yenilənən enerji sistemləri kimi davamlı layihələri sınamaq üçün kəndin kiçik ölçüsündən və şərtlərindən istifadə ediblər.
Alp dağlarının incisi
Çamois, Avstriya, Almaniya, İtaliya, Sloveniya və İsveçrə Alp dağları ilə həmsərhəd 19 "Alp İncisi" kəndlərindən biridir. Yaz aylarında velosipedçilər və yürüyüşçülər bölgəni rahat şəkildə araşdırmaq imkanı əldə edirlər. Qışda isə xizəkçilər, Çamois xizək mərkəzində 16 km uzunluqda yamaclardan və kənar yollardan istifadə edirlər.
Vüsal Cahanov, “İki sahil”