13 sentyabr 2021 17:39
1666

Qulaq hər gün bir söz eşitməsə... - FOTO

Misir kraliçası öz qardaşı Ptolemey ilə evlənibmiş.

Böyük Britaniyanın baş naziri Uinston Çörçillin anası onu qadın tualetində dünyaya gətirib. Bir məclisdə  özünü pis hiss edən qadın, insanlardan gizlənərək orada doğmaq məcburiyyətində qalıb.

Uinston Çörçilin, həmçinin qəribə bir vərdişi var idi. O, hər gecə yataq dəstini dəyişdirməyi xidmətçilərindən tələb edərdi. Hətta onun gecələdiyi mehmanxanada otağa iki çarpayı qoyulardı. O, bir çarpayıda yatar, gecənin yarısı oyanıb ikinci çarpayıya keçərdi. Deyilənlərə görə, o, hiperhidrozdan ( aşırı dərəcədə tərləmədən) əziyyət çəkib və öz tərindən iyrənib.

Stalinin silah yoldaşı Lavrenti Beriya sifilisdən əziyyət çəkirdi.

Deyilənlərə görə, məşhur aktyor Cekki Çanın  anası onu qarnında  12 ay ərzində daşıyıb. Anadan olduğu zaman aktyorun çəkisi 5 kiloqramdan artıq olub.

Tanınmış aktrisa olmamışdan əvvəl Merilin Monro bir aviasiya fabrikində adi fəhlə işləyib.

Pop kralı kimi adını tarixə yazan Maykl Cekson keçəlliyindən utanırdı və məhz buna görə də  tez -tez parik taxırdı.

Liviya prezidenti Muəmmar Qəddafinin də qəribə  bir hobbisi var idi. Siyasətçi özünə  cangüdən  seçərkən bu vəzifəyə yalnız bakirə qızları və ya lesbiyan qadınları seçirdi.  Onun fikrincə,yalnız bu tip qadınlar şəxsi mənfəət barədə düşünmədən özlərini tamamilə  işə həsr edirlər.

Qəddafi, həmçinin xarici ölkələrdə səfərlərdə olarkən  təhlükəsizlik səbəbi ilə özü ilə şəxsi çadırlarını aparırdı.Hətta  2008-ci ildə Moskvada səfərdə olarkən onun  çadırı Kremlin ərazisində qoyulmuşdu.

Məşhur sovet bioloqu İlya İvanov ev heyvanları üzərində apardığı müxtəlif təcrübələri ilə məşhurdur. Lakin onun təcrübəsinin əsasında çarpaz yolu ilə insan və meymun hibridini yaratmaq olub. Belə ki, o, erkək meymun və qadın üzərində təcrübələr aparıb onları mayalandırmağa çalışsa da istədiyi nəticəni əldə etməyib. Onun təcrübələri siyasi tənqidə məruz qalıb və nəticədə İvanovu həbs ediblər.

Milyonçu Con Rokfeller  xeyriyyəçilik işlərinə  500 milyon dollardan çox pul xərcləyib.

Məşhur bəstəkar Volfqanq Amadey Motsart heç vaxt məktəbə getməyib.

Psixoanalizin atası Ziqmund Freydin heç kimin hələ də anlamadığı bir fobiyası var idi. Alim nədənsə  62 rəqəmindən çox  qorxurdu.

Alla Puqaçovaya anadan olan zaman boğaz xərçəngi diaqnozu qoyulmuşdu. Həkimlər tərəfindən aşkar olunan bu  şiş dərhal götürülmüşdü.

Yoxsul bir ailədən olan İraq diktatoru Səddam Hüseyn oxuyub yazmağı 10 yaşından sonra öyrənib.

Rusiya prezidenti Vladimir Putin DTK -da işlədiyi zaman təxəllüsü "Platov" idi.

Almaniya Federativ Respublikasının Kansleri Angela Merkel həmişə alman pedantlığı və qənaətcilliyi ilə məşhur olmuşdur. Kansler 35 il ərzində  qida və evə aid kimyəvi maddələri yığmaq ilə məşğul idi.

Sən demə, məşhur Barbadoslu müğənni  Rihanna orta məktəbi bitirməyib.

 Akyor və rejissor Stiven Siqalın 23 yaşlı assistantı Kayden Nyugen onu məhkəməyə vermişdi.  Gənc qızın iddialarına görə, Siqal həftənin 24 saatı onunla cinsi əlaqəyə girməyə məcbur edib. Bundan başqa, Stiven digər iki rus assistanları ilə  də cinsi əlaqədə olub və həmin iyrənc  videonu Kaydenə izlədib.

 Bütün dünyada tanınan "Cen Eyr"əsərinin müəllifi olan  Şarlotta Bronte bu əsərin üzərində işləyərək, yaradıcılıq prosesini tez-tez kartof soymaq üçün dayandırırmış. Onun sözlərinə görə, bu proses onu ilhamlandırırdı.

Heç bilirdinizmi ki,  tarixə damğasını vurmuş bir hökmdar olmasına baxmayaraq Çingiz xanın fiziki xüsusiyyətləri ilə bağlı tam məlumatlar yoxdur. Bir çox mənbədə o, uzun, gur saqqallı və saçlı şəxs kimi təsvir edilir, digər qaynaqlarda isə qızılı saçı və yaşıl gözləri olduğu haqda yazılara rast gəlinir.

Onunla bağlı digər maraqlı faktlardan biri də odur ki, Çingiz xan qadınları çox sevib. Deyilənlərə görə, fəth etdiyi torpaqlarda qadınlardan övlad sahibi olurmuş. Tarixçilər tərəfindən aparılan araşdırmalar nəticəsində  müəyyən olunub ki, hazırda dünyadakı hər 200 nəfərdən biri Çingiz xanın soyundandır.

"Şerlok Holms" əsərinin müəllifi Artur Konan Doyl,  əslində  ixtisasca oftalmoloq olub.

Məşhur alim və nisbilik nəzəriyyəsinin müəllifi olan Albert Enşteyn yalnız  üç yaşından sonra danışmağa başlayıb.

Müasir İtalya bayrağı Napoleon Bonapart tərəfindən yaradılmışdır.

 Qəribə səslənsə də İtalya diktatoru Benito Mussolini pişiklərdən çox qorxurdu.

Amerikalı sənayeçi Henri Fordun yalnız orta təhsili var idi. Lakin bu,  onun uğurlu iş adamı olmasına mane olmadı.

Məşhur ispan rəssamı Salvador Dali  müasir "Chupa Chups" loqosunun müəllifidir.

Dünyanın ən bahalı rəssamı kimi tanınan  Pablo Pikasso anadan olarkən ölü doğulub.

Kommunizmin qurucusu olaraq tanınan  alman filosofu və iqtisadçısı Karl Marks  heç zaman Rusiyada olmamışdır.

Valt Disney məşhurlaşmadan öncə   bir qəzetdə işləyib. Lakin onu yaradıcı olmadığı üçün işdən azad ediblər. "Miki Maus" ("Mickey Mouse") obrazını yaradıb məşhurlaşdıqdan sonra həmin qəzet rəhbərliyi çox  peşman olub.

İngiltərəli yazıçı Çarlz Dikkens  on  uşağını dünyaya gətirən həyat yoldaşından ayrılmaq   üçün məhkəməyə müraciət etmişdi. Ayrılığın əsas səbəbi isə  yazıçının yeni sevgilisi olan 18 yaşlı aktrisa idi. Bu boşanma prosesi ilə bağlı maraqlı faktlardan biri də o oldu ki, Dikkens qəzetlərin birində bir məktub dərc etdirərək,  keçmiş həyat yoldaşını  pis ana və axmaq qadın adlandıraraq onu alçaltmağa çalışmışdı.

Samirə Tağıyeva, "İki sahil"