SWIFT banklararası köçürmə sisteminə əsasən, iyul ayında dünyanın ən populyar valyutaları müəyyənləşib.
"İki sahil"in SWIFT-in materiallarına istinadən verdiyi məlumata görə, iyul ayında reytinqin liderləri dəyişməyib. Belə ki, birinci yeri ABŞ dolları tutub (39,38% pay ilə), bu valyutanın payı həm illik, həm də aylıq nisbətdə bir qədər azalıb. İkinci yerdə avro (38,43%) qərarlaşıb. Avropa valyutasının payı illik ifadədə 5 faiz bəndinə yaxın artıb, lakin aylıq ifadədə bir qədər azalıb. Siyahının üçüncü yerində də ənənəvi olaraq Britaniya funt sterlinqi (5,99%) qərarlaşıb. İlk beşliyə Yaponiya yeni (2,74%) və Çin yuanı (2,19%) da daxil olub.
Siyahıda ümumilikdə 20 ölkənin valyutası yer alıb.