14 sentyabr 2021 17:31
634

“Google” 117 milyon dollar cərimələnib

Cənubi Koreyanın antiinhisar tənzimləyicisi “Google”u 117 milyon dollar cərimələyib. Buna səbəb şirkətin bazar mövqeyindən sui-istifadə edərək rəqabəti məhdudlaşdırmasıdır. “Google” mobil texnologiya istehsalçılarından cihazlarına Android əməliyyat sisteminin modifikasiyalarını quraşdıra bilməyəcəkləri ilə bağlı bir müqaviləyə qoşulmağı tələb edib.

Antiinhisar tənzimləyicisinin fikrincə, bu cür hərəkətlər smartfonlar üçün yeni əməliyyat sistemlərinin inkişafına maneə yaradır. Bununla əlaqədar olaraq, Amerika şirkətinə cərimə tətbiq edilib. Bu barədə çərşənbə “Yonhap” agentliyi tənzimləyiciyə istinadən məlumat yayıb.

Nubar Süleymanova, “İki sahil”