15 sentyabr 2021 15:54
1055

Sevgilisinə 500 minlik üzük alıb

Aktrisa Ebru Şahin basketbolçu sevgilisi Cedi Osmandan evlilik təklifi alıb.

“İki sahil” xəbər verir ki, Cedinin aktrisanın barmağına taxdığı nişan üzüyünün qiyməti maraq doğurub.

Ebrunun "hə" cavabı verdiyi təkliflə barmağına taxdığı üzüyün 500 min lirə (təxminən 100 min 498 manat) qiyməti olduğu bildirilib.   

Qeyd edək ki, cütlük 1 ildir eşq yaşayır.