15 sentyabr 2021 17:34
1476

Smartfon sevənlər, sizin üçün... - FOTO

ABŞ-nın "Consumer Reports" jurnalı 2021-ci ildə satın alınması tövsiyə olunan, "Android" və "iOS" mobil əməliyyat sistemlərinin idarəetməsi altında işləyən smartfonların reytinqini tərtib edib.

"Samsung Galaxy S21"

2021 ilin ən gözlənilən "Galaxy S" modeli olan "Samsung Galaxy S21 Ultra" inanılmaz parametrləri sayəsində alıcılar arasında yüksək tələbata sahibdir. Ön və arxa korpus şüşədəndir və yeni Gorilla Glass Victus ilə cızıqlardan və zədələrdən etibarlı şəkildə qorunur. Yan hissələr metaldandır. Kameraların yerləşdiyi blok korpusun üst və yan hissələrinə qədər genişləndirilib. Yan hissədə iki nanoSIM və bir microSD kart üçün giriş var. MicroSD kartı dəyişmək üçün smartfonu söndürmək lazım deyil. Sadəcə köhnə kartı çıxardıb yenisi ilə əvəz edin. "Samsung Galaxy S21 Ultra" iki rəngdə mövcuddur, qara və gümüş. Telefonun korpusu sudan və tozdan IP68 standartı ilə qorunur.

Displeyin üzərində kamera üçün nəzərdə tutulmuş O-şəkilli kəsik var. Barmaq izi skaneri ön ekranın daxilinə alt hissədə yerləşdirilib ki, bu da telefonu blokdan çox tez çıxarır.

Smartfon 6.8 düymlü AMOLED displeylə təchiz edilib. Ekranın rəngləri təsvir etməsi yüksək səviyyədədir. Görüntü canlı və dinamikdir. Cihazdan rahat günəş altında və tutqun havada, qapalı məkanda və gecə vaxtı istifadə edə bilərsiniz. Kontent çox rahat oxunur. Smartfon ekranın aydınlığını avtomatik olaraq tənzimləyir. Oleofob örtük sayəsində ekran tez-tez ləkələnmir və rahat təmizlənir.

"Exynos 2100" əməliyyat sistemi smartfonun işini daha da sürətləndirib. Tətbiqlər rahat açılır, ən yeni oyunlar belə problemsiz işə salınır. 5000 mAh tutumlu akkumulyator sayəsində smartfonu gün ərzində aktiv istifadə edə bilərsiniz.

"Samsung Galaxy S21 Ultra" S Pen elektron qələmini dəstəkləyən ilk smartfondur. Onun vasitəsilə rəsm çəkə, qeydlər edə, sənəd imzalaya bilərsiniz.  Qeyd edək ki, S Pen elektron qələmi telefonun komplektasiyasına daxil deyil.

Smartfon müasir kameralar ilə təchiz edilib. Onun vasitəsilə istənilən işıqlandırmada peşəkar səviyyəli şəkillər yarada bilərsiniz. Əsas kameralar (geniş bucaqlı, ultra geniş bucaqlı və ikiqat böyütmə sistemi) yeni 108 meqapikselli sensoru sayəsində HDR şəkillər və 4K video çəkir. "Bright Night" rejimi sayəsində gecə vaxtı çəkilən şəkillər yüksək keyfiyyətli və detallı alınır. Ön kamera 40 mpx möhtəşəm sefli və portret rejimində fotolar yaradır. Rənglər də görüntüyə dəqiq ötürülür.

iPhone 12 Pro Max

"Ən yaxşı iPhone" kateqoriyasında liderliyə yüksəlmiş "iPhone 12 Pro Max" smartfonu "A14 Bionic" prosessoru, OLED displeyi ilə təchiz edilib və "5G" şəbəkəsinə qoşulma imkanına malikdir. Mütəxəssislərin qeyd etdiyi kimi, "iPhone 12 Pro Max" cihazı "12 Pro" ilə müqayisədə 100 dollar bahadır, lakin daha uzun müddət avtonom işləyir, böyük ekran və ən yaxşı kamera ilə təchiz edilib. Buna baxmayaraq çəkisinin 226 qr olması və böyük ölçüləri smartfonun çatışmazlığı kimi qeyd edilib.

"HUAWEI Mate 40 Pro"

"Huawei" şirkəti 2020-ci ildə Mate 40 smartfon seriyasını təqdim edib. Yeni seriyaya Mate 40, Mate 40 Pro, Mate 40 Pro+ və Porsche Design Huawei Mate 40 RS modelləri daxil olublar. Xarici görünüşcə Mate 40 modeli Pro versiyaya bənzəyir. Lakin onların arasında bəzi fərqlər mövcuddur. İlk növbədə adi Mate 40 modeli 2376x1080 piksel keyfiyyətli 6.5 düym OLED ekran ilə təchiz olunub. Ekran 90 Hz-lik təsvir yenilənməsini dəstəkləyir və barmaq izi skanı texnologiyasına sahibdir. Bununla yanaşı smartfon ekranının kənarları əyilmiş formada reallaşdırılıb. Lakin Pro modellərdən fərqli olaraq adi Mate 40 modelinin ekranının kənarları 88 dərəcə deyil 68 dərəcə bucaq altında əyilib.

Bununla yanaşı sözügedən smartfonun gövdəsi yalnız IP53 standartı üzrə sudan qoruna bilir. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon 8 nüvəli Kirin 9000E prosessoru, 1 böyük nüvəli neyron prosessoru, 8 GB RAM, 128 GB daxili yaddaş həcmi, 50 MP (f/1.9 diafraqma) + 16 MP (f/2.2 diafraqmalı genişbucaqlı obyektiv) + 8 MP (f/2.4 diafraqmalı teleobyektiv) üçlü arxa kamera, 13 MP-lik ön kamera və 40 vatt gücündə sürətli şarj texnologiyalı 4200 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

Smartfon, həmçinin 40 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir.    

"Poco X3 NFC"

Belə ki, bu il təqdim olunmuş yeni smartfon unikal dizayn, Qualcomm prosessoru və digər maraqlı özəlliklər əldə edib. Beləliklə," Poco X3 NFC" modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.67 düym LCD ekrana sahibdir.

"Poco X3 NfC"nin ekranı tezliyi əks olunan kontentə uyğun olaraq dinamik şəkildə dəyişir. Bununla yanaşı, smartfonun ekranı HDR10 texnologiyasını dəstəkləyir və "Gorilla Glass 5" qoruyucu şüşəsi ilə əhatə olunub. Digər texniki özəlliklərə gəldikdə isə "Poco X3 NFC" modeli yeni "Snapdraogn 732G" prosessoru, Adreno 618 qrafik çipi, 6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi (256 GB-kimi microSD dəstəkli), 64 MP (f/1.89 diafraqmalı Sony IMX682) + 13 MP (ultragenişbucaqlı obyektiv) + 2 MP (makroobyektiv) + 2 MP (TOF sensor) dördlü arxa kamera, 20 MP-lik (f/2.2 diafraqma) ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5160 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

Qeyd etmək lazımdır ki, barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya olunub. Adından da göründüyü kimi, sözügedən smartfonun əsas özəlliyi ondan ibarətdir ki, o NFC modula sahibdir. Bunun vasitəsilə istifadəçilər kontaktsız ödənişləri reallaşdıra biləcəklər. "Poco X3 NFC" smartfonu "Poco Launcher" interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır.

"Redmi 9"

2021-ci ilin ən yaxşı smartfonlarından biri də "Redmi 9"dur.

"Redmi 9" smartfonu "MediaTek Helio G70" prosessoru ilə təchiz olunub. Redmi 9 modeli 6.6 düym ekrana, ekran üzərində ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı hissəyə, 4 GB RAM-a və 64 GB daxili yaddaş həcminə sahibdir.

Samirə Tağıyeva, "İki sahil"