15 sentyabr 2021 17:41
1141

“İntel” şirkəti sürücüsüz taksi xidməti tətbiq edəcək

“İntel”in “Mobileye” şirkətinin gələn il Münhen və Tel -Əvivdə avtomatlaşdırılmış taksi xidməti istifadəyə verəcəyini və buna görə yeni bir avtonom nəqliyyat vasitə hazırladığını açıqlayıb. Görünən odur ki, şirkətin avtomatik idarəetmə texnologiyaları ilə bağlı çox ciddi layihələri var və bu addım həyati əhəmiyyət daşıyır.

Şirkət  2022-ci ildən etibarən xidmət üçün istifadə edəcəyi yeni altı sərnişin avtonom avtomobilini açıqlayıb. “AVKIT58” adlandırılan nəqliyyat vasitəsi, səviyyə 4 və səviyyə 5 avtonom sürücülük qabiliyyətini təmin edən səkkiz “Mobileye EyeQ5 SoC” ilə təchiz ediləcək. “AVKIT58” 324 x 232 x 89 mm ölçülərində  və 650 vat güc istehlakına malikdir. Ayrıca  maye ilə soyudulan bu sistemdə enerji təchizatı da var. “Mobileye” bu həllin bazarda ən güclü avtonom avtomobil sistemi olduğuna inanır. Kameralar radar sensorları və lidar sensorlarının birlikdə istifadə ediləcəyi yeni sistem, “Mobileye”nin yol təcrübəsi metodundan alınan xəritə məlumatları əsasında işləyəcək. Moovit və ya Sixt mobil tətbiqi  vasitəsi ilə xidmət göstəriləcək və ilk olaraq Münhen və Tel -Əvivdə işləyəcək.

Vüsal Cahanov, “İki sahil”