Müntəzəm şəkildə istirahət etmələrinə baxmayaraq, bir çox insanlar xroniki yorğunluqdan əziyyət çəkir. Rusiyalı tibb elmləri doktoru, professor, 45 illik təcrübəsi olan toksikoloq Mixail Kutuşov “Belarus Today” portalına bu xoşagəlməz halın yaranma səbəblərindən danışıb.
Professor ilk növbədə bunu ekologiyanın pisləşməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, insanlar çirkli hava ilə nəfəs alırlar, kimyəvi cəhətdən kirlənmiş su içirlər və zərərli məhsullarla qidalanırlar.
Oksigen çatışmazlığı, bədəni lazımi miqdarda qida maddəsi ilə təmin etməyən çirklənmiş su və qida istifadəsi səbəbiylə pH səviyyəsi asidləşməyə doğru dəyişir", – deyə həkim izah edib.
Xroniki yorğunluğun başqa bir səbəbi xoruldamaqdır. Xorultu bədbin əhval -ruhiyyə, əsəbilik və zəif konsentrasiyaya gətirib çıxarır. Bəzi insanlar yatarkən xoruldadıqlarından xəbərsizdirlər, ancaq belə yatmağı tam dincəlmək adlandırmaq olmaz.
Xroniki yorğunluq bədəndə maye çatışmazlığı və oturaq həyat tərzi səbəbiylə də ortaya çıxır.
Xroniki yorğunluq əlamətləri varsa, həkim qanda elektrolitlər, tiroid və böyrəküstü hormonların analizini tövsiyə edir. Kutuşov sağlamlığı, enerjini və həyat sevincini qorumaq üçün yalnız distillə edilmiş və təmizlənmiş sudan istifadə etməyi, mikrobiotik və mumiya qəbul etməyi məsləhət görüb,lakin bildirib ki, istifadə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır.
Nubar Süleymanova, “İki sahil”