16 sentyabr 2021 00:08
1237

COVID-19 “era”sından sonra qan laxtalanmasının profilaktikası üçün nə etməli?

Nar suyu, kakao və təzə dəmlənmiş cökə çayı koronavirus infeksiyasından sonra tromboz riskini azaltmağa kömək edir. Məlumatı “BelNovosti” tibbi tədqiqatlara istinadən yayıb.

Narın faydası tərkibində qan laxtalarının əmələ gəlməsinə mane olan faydalı komponentlər kompleksinin olmasındadır.

Kakao isə özündə ürək xəstəliyi riskini əhəmiyyətli dərəcədə azaldan antioksidanlar ehtiva edir. Mütəxəssislər kakaonun ürək -damar sisteminin işinə müsbət təsirini təsdiq ediblər.

Xatırladaq ki, COVID-19 infeksiyasına yoluxub sağaldıqdan sonra bütün dünyada bir çox insanlar qanda tromblaşma problem ilə üzləşirlər.

Nubar Süleymanova, “İki sahil”