Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb.
"İki sahil" Türkiyə mediasına istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızda danışacaq. Ona belə bir şeyə ehtiyac olmadığını bildirdim".
Qeyd edək ki, Mohammed 3 ay bundan əvvəl Şeymaya evlilik təklifi edib və "hə" cavabı alıb.