“Smartfonun şüalanmasının artdığı zamanlarda cihazı başdan uzaq tutmaq lazımdır”, - deyə “Sputnik” radiosuna verdiyi müsahibədə rusiyalı laboratoriya direktoru Anton Yastrebtsev bildirib.
O, söyləyib ki, "mobil telefonu erası" nın başlanğıcında həkimlər bu cihazlardan gələn radiasiyanın xərçəng xəstəliyinə səbəb ola biləcəyindən qorxduqlarını dilə gətirirdilər. Bunun heç bir inandırıcı sübutu tapılmadı. Müasir qadjetlər təhlükəsizlik baxımından sertifikatlıdır, lakin xüsusilə gecə saatlarında diqqətli olmağı unutmamalısınız. Nəzərə almaq lazımdır ki, telefonların zərərləri hələ tam aydınlaşdırılmamışdır. Ümumi qayda qadjet ilə “qucaqlaşıb” yatmamaqdır: nə yastığın altına, nə də yatağın yaxınına qoymayın. Ən azı yarım metr məsafədə qoymağa, daha çox başınıza yaxın tutmamağa çalışın. Əksər cihazlar yarım metr məsafədə belə insana təsir etmək gücünə malikdir. Bu məsafədə effekt azdır. Cihazı başınıza yaxın tutmamaq üçün simsiz qulaqlıq istifadə etməyə üstünlük verin. Bu zaman telefon sizi şülandırmaz, qulaqlığın isə zərəri çox cüzidir.
Ekspert bildirib ki, telefonun radiasiyasının gücləndiyi vaxtlar olur, bu zaman başdan daha da uzaqlaşdırılmalıdır. Mobil baza stansiyası uzaqdadırsa və əlaqə zəifdirsə, məsələn, bir kənddə, ucqar ərazidə telefon, baza stansiyası ilə əlaqə qurmaq üçün çox enerji sərf edir və onda radiasiya artır. Bu, nəzərə alınmalıdır.
Mütəxəssis, qadjetın elektromaqnit müdaxiləsi yaratmaması üçün kardiostimulyatoru olan insanların telefonu çox yaxın saxlamamasının xüsusilə vacib olduğunu xatırladıb.
Nubar Süleymanova, “İki sahil”