16 sentyabr 2021 15:50
1115

Mayadan hazırlanan maska ilə dərinizi yeniləyin

Un məhsullarını qabartmaq üçün istifadə olunan maya eyni zamanda təbii dəriyə qulluq vasitəsidir. Mayadan hazırlanan maska ​​dərini tamamilə yeniləyir, məsamələri təmizləyərək cildin nəfəs almasına yardımçı olur və tərkibindəki faydalı bakteriyalar sayəsində qidalandırır.

"İki sahil" ev şəraitində hazırlayıb tətbiq edə biləcəyiniz maya maskasınının hazırlanma qaydasını təqdim edir.

Qaba 1 xörək qaşığı süd və 1 xörək qaşığı təzə maya əlavə edib, krem halına gələnə qədər qarışdırın. Təmiz üzə çəkin. Maska kifayət qədər quruduqdan sonra ilıq su ilə dəridən soyub çıxarın.

Maskanı həftədə iki dəfə tətbiq edərək cildinizdə canlılıq əldə edə bilərsiniz.

Yaş maya maskasını sınamadan əvvəl allergiyanız olmadığından əmin olun. Həssas dəriyə sahibsinizsə, kiçik bir hissəyə çəkərək qıcıqlanma yaranıb-yaranmamasını yoxlayın.