16 sentyabr 2021 16:58
1433

Məşhurların qeyri-adi hobbiləri - FOTO

Hər insanın öz maraq dairəsi, daha dəqiq desək, hobbisi var. Bu yazıda tanınmış və zəngin insanların topladıqları maraqlı kolleksiyalardan  bəhs olunur.

Nikol Kidman

Nikol Kidmanında çox maraqlı bir kolleksiyası var. Aktrisanın kolleksiyası əsasən  qədim  sikkələrdən və yəhudi pullarından ibarətdir.

Valeri Meladze

Rusiyanın məşhur müğənnisi və bəstəkarı Valeri Meladzedə maraqlı kolleksiyaya sahib olan məşhurların sırasındadır.  Deyilənlərə görə, xəncərlərdən ibarət olan böyük bir kolleksiyaya sahib olan məşhur bu hobbisinə küllü miqdarda vəsait xərcləyir. Onun kolleksiyasında bütün xalqların fərqli qılınclarına rast gəlmək olar.

Conni Depp

Qeyri-adi üslubu ilə seçilən məşhur aktyor Jonny Depp təkcə oynadığı rollarla diqqət cəlb etmir. O, şəxsi həyatında da  çox fərqli biridir. Məşhurun hobbilərini nəzərə alsaq, buna əmin olarıq. Jonny Deppin çox maraqlı hobbisindən biri də odur ki, o barbi kuklalarını çox sevir, onun hətta bu kuklalardan ibarət böyük bir kolleksiyası var. Deyilənlərə görə, aktyor boş vaxtlarında kuklaları ilə oynayır və bunu etiraf etməkdən çəkinmir.

Kseniya Sobçak

Rusiyalı teleaparıcı Kseniya Sobçak da topladığı  qeyri-adi kolleksiyalarla  seçilən məşhurlardandır. Aparıcı bütün xarici ölkələrdən gətirdiyi paltarların asılqanlarını toplayır.

Mayk Tayson

Ağır çəki dərəcəsində dünya çempionatlarında qalib olan məşhur boksçu Mayk Taysonu bütün dünya tanıyır. Bu “ dağ” boyda adamın qeyri-adi hobbisi insanların marağına səbəb olub. Sən demə, idmançı göyərçinləri çox sevir və onun bu zərif quşlardan ibarət olan böyük bir kolleksiyası var. Taysonun dediyinə görə, göyərçinləri yetişdirməkdən həzz alır və artıq 40 ilə yaxındır bu işlə məşğuldur. Deyilənlərə görə, məşhur idmançı göyərçinlərin döyüşlərini də təşkil edir və bu döyüşlər insanların hədsiz dərəcədə çox marağına səbəb olub.

Klaudiya Şiffer

Məşhur model və gözəl qadın olan Klaudiya Şiffer  qəribə və eyni zamanda maraqlı hobbisi olan məşhurların sırasındadır.Bu qlamur xanımın böcəklərdən ibarət kolleksiyası var və o, boş vaxtını sevdiyi böcəkləri ilə keçirməyi çox sevir. Gözəl xanımın sözlərinə görə, bu balaca məxluqlar uşaqlıqdan onun diqqətini çox  çəkirdilər və sevdiyi böcəklərinin şəkillərini divardan asırdı.

Taylor Svift

Hələ 24 yaşı olan gənc müğənni Taylor Sviftin də qeyri-adi hobbisi var. Uşaqlıqdan qeyri-adi oyuncaqları sevən gənc xanımın marağına səbəb qar kürələri oldu.  Qar kürələrini toplayan Taylorun böyük bir kolleksiyası var. Gənc yaşlarından gələcəyini düşünən xanımın sözlərinə görə, təqaüdə çıxdıqdan sonra o bu sahədə çalışmaq istəyir və mağaza açaraq orada maraqlı və nadir aksessuarlar satmaq arzusundadır.

Bill Qeyts

Bütün dünyada "Microsoft"un qurucusu kimi tanınan  Bill Qeytsin texnologiya ilə əlaqəli olmayan maraqlı bir hobbisi var. Bu milyarder tarixi və nadir kitablarla çox maraqlanır.Hətta nadir tapılan kitabları toplamaqdan zövq alan Bill  bu yaxınlarda  öz kolleksiyasına  Leonardo da Vincinin əsəri olan “Codex Leicester’i”ni hərracda 30 millyon dollara əldə etmişdir.Bill Qeytsin digər hobbisi isə kart oyunlarıdır.  Oyun oynamağı yaxın dostu Varren Buffetden öyrənmişdi.

Valdis Pelş

Rusiyanın digər məşhur teleaparıcısı Valdis Pelş isə qədim əşyalardan ibarət kolleksiyanın sahibidir.  Bu məşhur teleaparıcı əsasən XIX əsrdə döyüşçülərə aid dəridən hazırlanmış dəbilqələri toplayır.

Samirə Tağıyeva, "İki sahil"