17 sentyabr 2021 02:15
495

3,5 milyonluq eynəklər - FOTO

XVII əsrdə Monqol İmperatorluğu sülaləsinə məxsus olmuş almazlarla bəzədilmiş zərgərlik əşyaları gələn ay hərraca çıxarılacaq.

“İki sahil” xəbər verir ki, eynəklərin hər birinin 3,5 milyon dollara satılacağı gözlənilir.

Brilliant və zümrüdlə əhatə olunmuş və pis ruhları qovduğu güman edilən qədim eynəklər "Sothby's" hərrac evi tərəfindən satışa çıxarılır. Qurumun Yaxın Şərq və Hindistan şöbələrinin müdiri Edvard Gibbsionun sözlərinə görə, bu zinət əşyalarının dünyada bənzəri yoxdur.

Ağ olan linza 200 əyyarlıq, yaşıl isə 300 əyyarlıq almazdan hazırlanıb.