17 sentyabr 2021 16:30
1691

Afrikanın ən tanınmış qəbiləsi- Zulular/FOTO

Afrikada illərdir insanları maraqlandıran müxtəlif mədəniyyətlər var. Yüzlərlə qəbilənin  yaşadığı bu qitədə, ən tanınmış icmalardan biri də zululardır.

“İki sahil” maraqlı həyat tərzi yaşayan zulular haqqında məqaləsini sizə təqdim edir.

Afrika deyəndə bir çox qəribə mədəniyyətə rast gəlirik. Xüsusilə, son 200 ildə kəşf edilən və xaricə bağlı olan Afrikada onlarla və yüzlərlə icma yaşayır. Bəziləri texnologiya ilə ayaqlaşarkən, digərləri isə köhnə həyatlarını qoruyublar. Öz mədəniyyətlərini qorumağı bacaran qəbilələrdən biri də zululardır.

Tüfənglərə qarşı ox və nizə

10-11 milyon əhalisi olan bu qəbilə Cənubi Afrikada yaşayan ən böyük etnik qruplardan biridir. Əhalinin çoxu öz mədəniyyətlərinin qorunmasına kömək edib. Ancaq İngiltərənin müstəmləkəçilik fəaliyyəti həyata keçirdiyi dövrdə ingilis ordusunun tüfənglərinə qarşı nizə və oxlarla vuruşublar. Burada 9 milyon insan zulu dilində danışır.

 Bu dilin varlığı isə ingilis dilindən tərcümə olunan “incillər” vasitəsilə bilinir. Müstəmləkəçilik dövründə bir çox missioner ölkəni ziyarət edərkən, belə bir ehtiyacı ödəmək məcburiyyətində qalıblar. Bu qarşılıqlı əlaqədən sonra xristianlıq yayılmağa başlasa da ata -babalarına bağlı dini təriqətə sahibdirlər.

Tarladan fabrikə

Zuluların müstəmləkəçilikdən əvvəl əkinçilik və heyvandarlıqla məşğul olduqları məlumdur. Ancaq bu gün işlər bir az daha fərqlidir. Qəbilədə hələ də əkinçilik və heyvandarlıqla məşğul olan insanlar olsa da, fabrikdə çalışanların da nisbəti aşağı deyil. Bundan əlavə, təbii yataqlar bu qəbilə üçün əhəmiyyətli bir iqtisadi qazanc  təmin edir.

 Əkinçilik və heyvandarlıq isə məskunlaşma modellərini formalaşdırıb. Şəhərlərdə yaşamayanlar kəndlərdə konik daxmalar və dairəvi yaşayış məntəqələri ilə təmin edilirlər.

Ailə qursalar da evli sayılmırlar

Qəbilənin  ən maraqlı xüsusiyyətlərindən biri də onların ailə quruluşudur. Cütlüyün evlənməsi normal olsa da evli sayılmırlar. Bu hal cütlüyün uşağı olmayanadək davam edir. Uşaq dünyaya gələndə isə bütün kənd ona baxmağa başlayır. Onlar uşaqları birgə böyüdürlər. Azad və eyni şəraitdə böyüyən uşaqlar qısa müddətdə cəmiyyətə uyğunlaşırlar.

 Azadlıqlarını sevən zulular bunu geyimlərində də həyata keçiriblər. Bəzək əşyalarından uzaq duraraq sadəliyə üstünlük veriblər. Bu geyim eyni zamanda, qadının ailəli olub-olmamasını əks etdirən  vasitədir. Kişilər isə ön və arxaya asılan iki dəri kəmər taxırlar.

Vüsal Cahanov, “İki sahil”