17 sentyabr 2021 17:39
2777

Tarixdə silinməz izlər qoyan güclü qadınlar haqqında bunları bilirdinizmi? - FOTO

Sapfo

Qərb ədəbiyyatının ilk qadın nümayəndələrindən olan Sapfo yazıçılığın hələ inkişaf etmədiyi, tarixçilərin hər şeydən əvvəl şəhərlərin və o zaman üçün güc sahibi olan kişilərin işləri ilə maraqlandığı bir dövrdə yaşadığı üçün onun haqqında bildiklərimizin çoxunu məhz öz şeirlərinə borcluyuq. Sapfo eramızdan əvvəl 630-cu ildə Lesbos adasındakı Eresosda doğulmuş və ömrünün böyük bir hissəsini adanın paytaxtı  Mytilenedə keçirmişdi. Yunan lirik şairi olan Sapfo yazı üslubunun gözəlliyi ilə bütün əsrlərdə hamını özünə heyran etmişdi. Sapfo tarix boyu ən böyük qadın şairlərdən biri hesab olunur. Müasir dövrdə onun adı və doğulduğu yer həmcinslərini, yəni qadınları sevən qadınların adı ilə eyniləşmişdir. Bu gün də Sapfo çoxları üçün qadın homoseksuallığının bir simvolu sayılır. Bəzi mənbələrdə ümumi “lezbiyan” ifadəsinin onun doğulduğu Lesbos adasının adından qaynaqlandığı deyilir. 

Kleopatra

Kleopatra Helenistik Misirin son kraliçası, güclü qadın, bütün dünyada məşhur şəxsiyyət, şairə, əczaçı və tədqiqatçıdır.

İndiyədək onun həyat, sevgi və faciəvi vəfat etdiyi tarix sona qədər məlum deyil. İki min ildən çoxdur ki, Kleopatranın obrazı sirlərlə bəzədilib. Lakin buna baxmayaraq qədim və müasir tarixçilər eyni fikrə gəlirlər: misir kraliçası ağıllı, hökmlü, cazibədar, cəsarətli bir qadın idi. O, yeddi dildə danışırdı, fəlsəfəyə dair, ölçü vahidləri, sikkə sistemi və həmçinin saç düzümləri və kosmetika haqqında kitabların müəllifi olub.

Kleopatra əsrlər boyu yalnız öz siyasi fəaliyyəti və Misiri romalılardan xilas etmək cəhdləri ilə şöhrət tapmayıb. Misir kraliçası Yuli Sezar ilə sevgi münasibəti və Roma sərkərdəsi Mark Antoni ilə dramatik sevgi tarixçəsi ilə də məşhurdur. Məhz bu tarixi faktlar bir çox filmlərin və ədəbiyyat əsərlərinin yaranmasına səbəb olub.

Kleopatra olduqca zəngin  və rəngarəng həyat yaşayıb və b. e. ə. 30-cu ilin 12 avqustunda vəfat edib. O, Aksium ətrafındakı döyüşdə məğlubiyyət yaşadıqdan sonra özünü ilan zəhəri ilə zəhərləmişdi.

 Məcdəlli Məryəm

Məcdəlli Məryəm xristianlığın yayılmasında mühüm rol oynayan qadındır.

Boudisa

Boudisanın  həyat yoldaşı Britaniya adasının ən əhəmiyyətli kaloniyalarının başında durub. Onun ölümündən sonra romalılar Romanı məhvə doğru sürükləyib. Buna qarşı mübarizə aparan və bütün kaloniyaları birləşdirən Boudisa  bütün dünyada müqavimətin simvoluna çevrilib.

Hildedard von Binqen

Həyatını monastırda keçirən rahibə Hildedard von Binqen şiddətli migren ağrılarına görə gördüyü hallüsinasiyaları ağ kağıza köçürməyə başlayıb. Daha sonra öz hisslərini  özünü şeirə həsr edən və qadınların incə hisslərini yazıya çevirən ilk qadın olub.

Aquitaine Eleanor

Fransanın ilk Kraliçası gözəlliyi və cazibədarlığı ilə hamının diqqətini çəkib. O, siyasət sahəsində də olduqca bacarıqlı olub. Oğulları Riçard və Con İngiltərənin güclü kralları idi. Ailəsinin birliyi sayəsində bütün Avropanı idarə edib.

Janna Dark

Janna Dark  Fransanın ən vətənpərvər qadını olub. 12 yaşında ikən o, qarabasmalar görməyə başladı. Sonralar, özünün də dediyi kimi, guya Tanrı Həzrəti İsanın həvariləri vasitəsilə onunla danışırdı. Bu qarabasmalar zamanı o, parlaq bir işıq görür və Müqəddəs Mikael və Müqəddəs Katerina  ilə təmaslara girirdi.Onun ətrafındakıların dediklərinə görə, Tanrı Jannadan Fransanın işğaldan azad edilməsini və ölkə kralının vəliəhdinin taxta çıxarılmasını istəyirdi.  Qeyd edək ki, Janna Dark sonra din xadimləri tərəfindən yandırıldı, amma ölümündən 400 il sonra Vatikan onu müqəddəs qadın  elan etdi.

Mirabai

Köklü Hindistan ailəsində doğulan Mirabai Krişna dininə iman gətirməyə başlayıb. Hindistan mədəniyyətinin təsiri altına şeirlər yazıb, mahnılar oxuyub və Hinduizmə yeni bir nəfəs gətirib.

Avila Teresa

Mistik şeirlər yazan bu  İspaniya rahibəsi yaşadığı dövrdə Katolik kilsəsindəki fanatiklərə qarşı mübarizə aparıb.

Katerine de Mediçi

Katerine de Mediçi  14 yaşlı Fransa kralı ilə ailə quraraq, Avropanın ən əsas  güclülərindən birinə çevrilib. Həyat yoldaşının vəfatından sonra 3 oğlu və özü Fransanı idarə etməyə başlayıb. Siyasi gücünü artırmaq üçün olduqca mərhəmətsiz olan bu qadın Bartolomey gecəsində 50 min insanın ölümünə səbəb olub.

I Yelizaveta

Yelizaveta Petrovna  1741-ci ildən ömrünün sonunadək Rusiya imperiyasının imperatriçası olmuşdur.  O, XVIII əsrin iki böyük Avropa müharibəsi- Avstriya vərasət müharibəsi (1740-1748) və Yeddiillik müharibə (1756-1763) zamanı ölkəni idarə edib.  Ölümü ərəfəsində onun  yaratdığı imperiya 16,200,000 km2 əhatə edirdi.

Böyük Katerina

Onun hökramlığı dövründə ( yeni 18-ci əsrdə) Rusiya  ən güclü dövlətlərdən biri hesab olnurdu. Məhz bu kraliçanın   dövründə Rusiya tərəfindən   yüz minlərlə kvadrat kilometrlik ərazi fəth edilmişdi.

 Ceyn Austen

Qadınların çox nadir hallarda roman yazdığı bir dövrdə "Kül ve atəş", "Qürur və qərəz" kimi əsərlər yazıb. Fərqli ləqəbləri ilə başqa qadınlara da ilham verib.

Harriet Beeçer Stove

Harriet Beeşer Stove adlı yazıçı qadın  "Uncle Tom's Cabin" adlı kitabı ilə köləliyə qarşı mübarizəni cəmiyyətdə yayan güclü xanımdır.

Samirə Tağıyeva, "İki sahil"