18 sentyabr 2021 22:12
927

“Sumqayıt” daha bir futbolçu ilə müqavilə imzalayıb

Transfer çalışmalarını davam etdirən “Sumqayıt” futbol klubu son olaraq “Alüminium” klubunda çıxış etmiş cənubi azərbaycanlı hücumçu Səid Rza ilə 1 illik müqavilə imzalayıb.

Klubun mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, yeni transfer komanda da “23” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, əvvəllər “Maşınsazi”, “Havadar” kimi klublarda çıxış etmiş Səid son mövsüm keçirdiyi 21 oyunda meydanda olub və 3 qola imza atıb.