Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanda kənd təsərrüfatının istehsalı 5,0 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,6 faiz, bitkiçilik məhsulları üzrə isə 7,3 faiz artıb.
“İki sahil” xəbər verir ki, 2021-ci ilin yanvar-avqust ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 6 milyard 105,2 milyon manat təşkil edib ki, onun da 2 milyard 894,4 milyon manatı heyvandarlıq, 3 milyard 210,8 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
2020-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 3,2 faiz artaraq 353,9 min ton, süd istehsalı 1,6 faiz artaraq 1433,8 min ton təşkil edib.
AZAL Gürcüstana ən çox sərnişin daşıyan aviaşirkətlərin siyahısında ilk onluqdadır
AYİB Azərbaycanda "yaşıl maliyyələşmə"yə dəstəklə bağlı yeni proqramı nəzərdən keçirir