19 sentyabr 2026 12:43
78

I Türk Dünyası Bəstəkarları Qurultayı çərçivəsində Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması elan olunacaq

I Türk Dünyası Bəstəkarları Qurultayı çərçivəsində Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması elan olunacaq.

“İki sahil” xəbər verir ki,  bunu Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Bakıda XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı zamanı jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu gün sözügedən birliyin təsis edilməsi barədə Bakı Bəyannaməsi imzalanacaq.

Qeyd edək ki, Bakıda XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir. Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən qurultayda türk dövlətlərindən olan bəstəkar təşkilatlarının rəhbər şəxsləri, musiqişünaslar, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edir.