19 sentyabr 2021 20:11
869

Şəhid anaları və övladları İsa Bulağına səfər ediblər

“Şəhid analar və övladları İsa Bulağına səfər ediblər”.

“İki sahil” xəbər verir ki, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov "Tvitter"də paylaşım edib.

Paylaşımda qeyd edilir: “Müdafiə Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşəbbüsü ilə Şəhid analar və övladları İsa Bulağına səfər ediblər. Səfər edənlərin arasında bu gün 9 yaşı tamam olan Əli Hacıyev də var.Şəhid mayor Ramid Hacıyevin oğlu deyir ki,Atamın sayəsində Şuşada ad günümü keçirirəm”.