Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 51 min 300 peyvənd vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 13 min 474, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 min 826 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 milyon 976 min 549, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 milyon 619 min 432, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 milyon 357 min 117 təşkil edir.
Ötən ay ən çox kosmetologiya və stomatologiya sahələri üzrə qanunsuz fəaliyyət aşkarlanıb
Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir
Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir