19 sentyabr 2021 20:24
842

"Neftçi" "Keşlə"ni darmadağın etdi

Bu gün Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində "Neftçi" "Keşlə"ni qəbul edib.

“Bakcell Arena” keçirilən oyun saat 18:30-da başlayıb.

Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov və Tural Qurbanovdan ibarət hakimlər briqadasının idarə etdiyi matçın 36-cı dəqiqəsində “Neftçi”nin futbolçusu Meza Kolli hesabı açıb. Qarşılaşmanın 50-ci dəqiqəsində Maçado hesab arasındakı fərqi 2 topa çatdırıb. “Ağ-qaralar”ın futbolçusu İsmayıl Zülfüqarlı görüşün 67-ci dəqiqəsində fərqi 3 topa çatdırıb. Matç "Neftçi"nin 3-0 hesablı qələbəsi ilə başa çatıb.

19 sentyabr (bazar)

18:30. “Neftçi” 3–0 “Keşlə”

Qollar: Meza Kolli, 36, Maçado, 50, İsmayıl Zülfüqarlı, 67

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov

“Bakcell Arena”