Bəzi məhsullar COVİD 19 sonrası orqanizmdə iltihab proseslərini sürətləndirir. Bu barədə rusiyalı tibb elmləri doktoru, dietologiya və dietoterapiya üzrə mütəxəssis Mixail Qinzburq “ura.ru” portalına məlumat verib. Mütəxəssis bildirib ki, postCOVID sindromu zamanı iltihabi fəallığa mane olmaq üçün mütləq qida rasionuna nəzarət etmək lazımdır.
“Yüksək qlikemik göstəricilərə malik şəkəri, kartofu, düyünü, ağ unu mümkün qədər az istifadə edin. Həmçinin palma, günəbaxan, qarğıdalı, soya yağı, marqarin, qırmızı ət və ondan hazırlanan məhsullar, kolbasa və sosislər, dərindən işlənmiş məhsullar dan bir müddət uzaq durun",-deyə həkim bildirib.
Rasionunuza yağ turşuları ilə zəngin qidalar- dəniz balıqları, zeytun və kətan yağı daxil etməyiniz məsləhətdir. Meyvə və giləmeyvələrdən, tərəvəzlərdən, karbohidratla zəngin qarabaşaq və yulaf yarmasından bol-bol istifadə edə bilərsiniz.
Nubar Süleymanova, “İki sahil”