Finlandiyalı alimlər laboratoriyada bitki hüceyrələrindən kofe əldə etməyə nail olublar. Məhsulun yetişdirilməsi işləri bir bioreaktorda aparılıb.
Layihə rəhbəri Heiko Risçerin sözlərinə görə, bu qərarın əsas səbəbi iqlim dəyişikliyidir.
"Ənənəvi qəhvə istehsalı davamlı olmayan əkinçilik təcrübələri, istismar və torpaq hüquqları kimi bir çox problemlərlə qarşılaşmaqdadır. Artan tələbat və iqlim dəyişikliyi bu problemləri daha da gücləndirir",-deyə alim izah edib.
Laboratoriyada ətin hazırlanmasında istifadə olunan texnologiyalara bənzər texnologiyalardan istifadə edilib. Qəhvə ağacının hüceyrələrinin böyüməsi üçün qida maddələri ilə dolu bir bioreaktora yerləşdirilib. Mütəxəssislərin fikrincə, belə şəraitdə bitki istehsal etmək daha asan və daha ucuz başa gələcək.
Bundan əlavə, mütəxəssislərin fikrincə, ağac hüceyrələri sərbəst böyüdüyü üçün bu cür istehsal daha geniş miqyaslıdır. Təcrübə nəticəsində elm adamları qurudulmuş və qızardılmış tək bir kütlə əldə ediblər. Tədqiqatçıların fikrincə, əldə edilən xammaldan hazırlanan içki dad və qoxuya görə eynilə qəhvəyə bənzəyir.
Nubar Süleymanova, “İki sahil”