1993-cü ildən Yaponiyanın şimalında İnakadate kəndində düyü əkin sahələrində çox təəccübləndirici incəsənət nümunələri nümayiş etdirilir.
“Tambo ato” adlı bu mərasim üçün hər il 1300 könüllü bir yerə toplanır, onlar düyü növlərinin fərqli əkinini həyata keçirirlər. Yayda artıq könüllülərin zəhmətinin bəhrəsi göz önündə olur. Əmələ gələn nəhəng rəsmlər kəndə minlərlə turist cəlb edir.
Düyü yetişdirilməsi ilə dolanan bu kiçik yaşayış məntəqəsi güzəranını yaxşılaşdırmaq üçün bu üsula əl atıb. Hər il rəsmlərin dizaynı və görüntüsü daha mürəkkəb və mükəmməl olur.
Kəndlilərin yaratdığı incəsənət əsərləri arasında Qərbin məşhur filmlərinə və ədəbiyyat nümunələrinə istinadlar var. Orada “Roma tətili”, “Ulduz müharibələri”, Küləklə sovrulanlar” əsərlərindən səhnələr, yapon folklorunun bir çox mifoloji personajları və s. təsvirlər yer alıb.
Nubar Süleymanova, “İki sahil”