22 sentyabr 2021 15:43
1083

Mövsüm dəyişikliyi zamanı hansı vitamin vacibdir?

Bəzi məhsulların mövsüm dəyişikliyi zamanı rasionda olması xüsusi əhəmiyyət daşıyır. Bu barədə türkiyəli həkim Cuma Əmiroğluna istinadən “Cumhuriyyət” qəzeti xəbər verib.

Həkimin sözlərinə görə, günəşin təsirinin azalması ilə maddələr mübadiləsinin işi bir qədər ləngiyir, nəticədə immunitet də zəifləyir. Bir çox insanlarda yorğunluq və depressiya halları müşahidə edilir. Həkim rasiona B 12 vitamini ilə zəngin qidaları daxil etməyi tövsiyə edib.

“Bu dövrün mənfi təsirlərindən qaçmaq üçün balanslı qidalanmaq mütləqdir. İmmunitet sistemini gücləndirmək üçün zülal və kalsiumla zəngin qidalara üstünlük verin. B 12 vitamini ehtiva edən qidalar mütləq masanızda olsun”,-deyə Əmiroğlu vurğulayıb.

Nubar Süleymanova, “İki sahil”