25 sentyabr 2021 14:14
656

Çindən Özbəkistana 2,5 milyon doza “ZF-UZ-VAC2001” peyvəndi gətirilib

Ötən gecə Çindən Daşkəndə Özbəkistanın da həmmüəllifi olduğu 2,5 milyon doza “ZF-UZ-VAC2001” peyvəndi gətirilib.

"İki sahil" Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bununla da ölkəyə gətirilən vaksinlərin ümumi sayı 26 milyon 754 min 208 dozaya çatıb. Bu günədək ölkədə 4 milyondan çox peyvənd vurulub.

Məlumatda bildirilir ki, hazırda Özbəkistanda “ZF-UZ-VAC2001”, “AstraZeneca”, “Sputnik V”, “Moderna” və “Pfizer/BioNTech” peyvəndlərindən istifadə olunur.

İlin sonunadək Özbəkistanda 7 milyon insanın peyvənd olunması nəzərdə tutulur.