26 sentyabr 2021 19:52
431

Peres Mbappenin "Real"a transferindən danışdı

"Real"ın La Liqanın 7-ci turunda "Vilyarreal"la matçından (0:0) sonra maraqlı an yaşanıb. 

“İki sahil” xəbər verir ki, bu barədə "Directo Gol" məlumat yayıb. Görüşün ardından klub prezidenti Florentino Peres komandanın azarkeşləri ilə söhbət edib. Bu zamanı azarkeşlərdən biri ona deyib: "Prezident, Kilian Mbappeni (PSJ-nin futbolçusu - red.) transfer edin".  Peres isə fanata belə cavab verib: "Gələn il". 

Qeyd edək ki, "Real" bir neçə dəfə Mbappe üçün PSJ-yə transfer təklifi göndərsə də, qarşı tərəf bunu qəbul etməyib. 

Qol.Az