26 sentyabr 2021 20:36
732

Dmitri Peskov: Türkiyə Rusiyanın tərəfdaşıdır və iki ölkə arasında münasibətlər inkişaf edir

Türkiyə Rusiyanın tərəfdaşıdır və iki ölkə arasında münasibətlər inkişaf edir.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Moskva. Kreml. Putin” verilişində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Soçiyə səfəri ərəfəsində söyləyib. Onun sözlərinə görə, Prezident Rəcəb Tayyib Ərdoğanın Krımla bağlı fikirləri qarşıdan gələn Soçi danışıqlarının uğurlu və konstruktiv keçməsinə mane olmayacaq.

D.Peskov əlavə edib ki, Türkiyə Prezidentinin Krımla bağlı mövqeyi Rusiyaya məlumdur və o, bu mövqeyini heç zaman gizlətməyib.

Kremlin sözçüsü Rusiya və Türkiyə prezidentləri arasında möhkəm etimada əsaslanan çox yaxşı işgüzar, ciddi danışıqlar aparmağa şərait yaradan münasibətlər olduğunu da vurğulayıb.

Xatırladaq ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında danışıqların sentyabrın 29-da Soçidə keçiriləcəyi gözlənilir.