26 sentyabr 2021 21:24
819

Avropada elektrik enerjisinin bahalaşmasının səbəbi açıqlandı

“Avropada enerji böhranı Rusiya qazının qiymətinin artması və ekoloji cəhətdən təmiz enerji mənbələrinə keçiddən qaynaqlanır”.

“İki sahil” xəbər verir ki, bunu Avropa İttifaqının daxili bazar məsələri üzrə komissarı Tyerri Breton bildirib.

“Bir çox bərpa olunan enerji mənbələrimiz var, ancaq Avropada son 6 həftə ərzində külək olmadığını öyrəndim. Gözlənildiyindən xeyli az elektrik enerjisi istehsal edilib”- Breton bildirib.

O qeyd edib ki, elektrik enerjisinin qiymətinin artmasının ikinci səbəbi bəzi ölkələrin, xüsusən Almaniyanın Rusiya qazından həddən artıq asılılığıdır.