15 iyun 2026 02:02
82

Pakistanın Baş naziri: ABŞ və İran arasında razılaşma əldə edilib

ABŞ və İran arasında razılaşma əldə edilib və onun imzalanma mərasimi iyunun 19-da İsveçrədə keçiriləcək.

“İki sahil” xəbər verir ki, Pakistanın Baş naziri Şahbaz Şərif bu barədə "X" sosial şəbəkəsində məlumat verib.

O, intensiv danışıqlardan sonra tərəflərin Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında sülh barədə razılığa gəldiyini bildirib.

Şərif həmçinin rəsmi imzalanma mərasiminin cümə günü, iyunun 19-da İsveçrədə keçiriləcəyini açıqlayıb.

O, tərəflərin Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və birdəfəlik dayandırıldığını elan etdiklərini bildirib.