29 sentyabr 2021 16:08
1125

Ürək sağlamlığı ilə bağlı doğru bilinən yanlışlar

Sol tərəfə yatmaq ürəyə heç bir mənfi təsir göstərmir. Bu barədə rusiyalı həkim Aleksandr Myasnikov məlumat verib.O bildirib ki, insan istədiyi formada istirahət edə bilər. Ürəyə bunun heç bir təsiri yoxdur. Ürəyə mənfi təsir göstərən başlıca faktorlar yüksək xolesterol, siqaret çəkmək, yuxusuz qalmaq, artıq çəki və düzgün olmayan qidalanmadır.

Ürək tutmasından şübhələnirsinizsə, tez və güclü bir öskürəyə ehtiyac yoxdur, əsas məsələ təcili yardım çağırmaqdır. Gözləyərkən Myasnikov xəstəni yatağa qoymağı, ona oksigen verməyi və qanın durulaşmasını təşviq edən bir dərman verməyi tövsiyə edib.

Həkim yağın ürək üçün təhlükəsi ilə bağlı mifi də təkzib edib. Fakt budur ki, balığın tərkibində olan çoxlu doymamış yağ turşuları və bir sıra bitki yağları ürək üçün çox faydalıdır, pis xolesterolu azaldır və yaxşı xolesterolu yüksəldirlər.

Nubar Süleymanova, “İki sahil”