29 sentyabr 2021 16:45
1019

“Betuvaks” gəlir

Rusiyanın Səhiyyə Nazirliyi COVID-19 əleyhinə yeni bir vaksinin-“Betuvaks”ın klinik sınaqlarına start verib.

"Betuvax-CoV-2" (koronavirus infeksiyasının qarşısının alınması üçün rekombinant vaksin)-klinik tədqiqatlar üçün təsdiq reyestrindən əzələdaxili tətbiq üçün suspenziya (10 μg / ml, 40 μg / ml) şəklində çıxıb. Dərman sağlam yetkin könüllülər üzərində təhlükəsizlik, dözümlülük və immunogenlik baxımından sınaqdan keçirilir. Peyvəndin hazırlanmasına 2020 -ci ilin yazından başlanılıb.

Mütəxəssislərin fikrincə, “Betuvaks” risk qrupunun vaksinasiyası və revaksinasiya üçün çox uyğun olacaq.

Nubar Süleymanova, “İki sahil”