29 sentyabr 2021 17:00
929

Bu qidalardan uzaq olun

Tərkibində çox miqdarda yağ olan paketdə satılan qidalar olestra ilə boldur. Demək olar ki, çox insan olestra tərkibli qidaları sevir. Amma onun orqanizm üçün nə qədər ziyan olduğunu, ömrü qısaltdığını çoxları bilmir.

"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, olestra paketlənmiş qidaların kalori dəyərini artırmadan yağ yerinə istifadə edilən maddədir. Çipsi kimi qidaların hazırlanmasında yağ miqdarının azaldılması məqsədilə işlədilir.

Olestra tərkibli qidalar orqanizmdəki vitaminləri azaldır, qarın ağrısı, mədə problemləri yaradır. Eyni zamanda xərçəng riskini artırır.

Olestra tərkibli qidalar çox yeyənlərin görmə qabiliyyəti zəifləyir. Ağciyər və prostat vəzi xərçəngi riskini artırır.

Olestra ədviyyatlı qablaşdırılmış çərəzlərin, çipslərin, qarğıdalının (popkorn), digər qablaşdırılmış kartof qızartmalarının tərkibində olur.