29 sentyabr 2021 17:15
1146

Bu ölkədə “gələcək” çoxdan gəlib - FOTO

Yaponiyada adi gündəlik həyatdan götürülən faktlarla gələcəyin “çoxdan” gəldiyini demək olar.

Tokioda robot-ofisiantların xidmət göstərdiyi kafe fəaliyyət göstərir. Kafeni evdə oturaraq əllilər idarə edirlər. Bu isə onlara ünsiyyət və özlərini lazımlı hiss etmək imkanı bəxş edir.

Yaponiyada artıq sudan təkrar istifadə sistemi qurulub. Tualetdə istifadə olunan su yenidən dövr edərək təmiz su şəklində əlinizi yumaq üçün gəlir.

Küçələrdə şəffaf şüşəli tualetlər quraşdırılıb, lakin içərisinə girib qapını örtən kimi rəngi tündləşir.

Məktəblərdə çöl ayaqqabısı ilə gəzmək olmaz.

75 yaşı tamam olan sürücüyə digər sürücülərin onu görüb daha diqqətli olması üçün bir etiket verilir.

Orada gecəsi 20 dollara kapsul otellər adi bir şeydir.

Ayaq yolunda uşaqların rahatlığı üçün vasitələr mütləq qoyulur.

Restoranlarda ofisiantlar boşqabları skan etməklə hesabı çıxarırlar.

 Hər yerə antibakterial üzlüklər vurulub.

Bəzi kofe məkanlarında bütün işi robotlar görür.

Nubar Süleymanova, “İki sahil”