30 sentyabr 2021 15:34
1906

Çoxuşaqlı ana başı armudu xatırladan uşaq dünyaya gətirib - FOTO

Belə bir məyusluqdan sonra qadın üstəlik doğulan uşaqdan azad olmaq şərti ilə razılaşmadığına görə işini və ailəsini də itirib.

“Daily Star” xəbər verir ki, Ruandada güclü baş deformasiyası olan uşaq dünyaya gəlib.

Onun başı armudu xatırladır.

Badjeneze Liberate adlı ana doğuşdan sonra dəhşət yaşayıb, müdiri onu qovub, ailəsi isə uşaqdan qurtulmağı tələb edib.

Oğlunu xilas etmək üçün qadın ayrı qəsəbəyə köçüb, lakin orada da insanlar ona yaşamağa imkan vermirlər. Tibbi yoxlanış üçün imkanı olmayan ana uşağın hansı xəstəliyinin olduğunu bilmir. “GoFundMe” saytında bu qadının taleyinə laqeyd yanaşa bilməyən gənclər ona kömək etmək üçün pul toplamağa başlayıblar.

Nubar Süleymanova, “İki sahil”