01 oktyabr 2021 00:06
892

5 dollara kirayə ev - FOTOLAR

Bir zamanların məşhur qorxu filmi "Qışqırıq"ın ("Scream") çəkildiyi ev kirayəyə verilməyə başlayıb.

“İki sahil” xəbər verir ki, malikanədə 3 gün qalmaq üçün 5 dollar ödəmək kifayət edir.

Evin içində filmdəki qatilin geyindiyi maskalı fotosu asılıdır. İçəri girən kimi insanlar aktyor Devid Arkettin canlandırdığı Dyui obrazının səsini eşidəcəklər.

Malikanənin ümumi dəyəri 2,8 milyon dollardır.