01 oktyabr 2021 13:25
1448

“Qladiator”un davamı çəkiləcək

Britaniyalı rejissor Ridli Skott 2000-ci ildə ərsəyə gətirdiyi “Qladiator” filminin davamını çəkəcək.

“İki sahil” xəbər verir ki,   bu barədə o, “Empire” jurnalına müsahibəsində bildirib.

““Qladiator”un ssenarisini artıq yazırlar”, - rejissor deyib.

Skott ekran işinin çəkilişlərinə fransız sərkərdə və imperatoru Napoleon Bonapartın (1769-1821) həyatı haqda çəkdiyi “Kitbag” filmi üzərində işini bitirdikdən sonra başlayacaq.  

Napoleon haqda filmin təqdimatı 2023-cü ilə planlaşdırılıb.