04 oktyabr 2021 11:21
807

Bu maska dərini gəncləşdirir

Dərinizin daha təravətli və gözəl görünməsini istəyirsinizsə, ona davamlı olaraq baxım göstərməlisiniz. 

“İki sahil” xəbər verir ki, cökə maskası dərinin yaşlanmasını gecikdirir və ona rahatlıq bəxş edir.

Maskanın tərkibi:

- Cökə yarpağı
- 1 fincan isti süd

Hazırlanması:

Maska tətbiq olunmazdan əvvəl dərinin təmizlənməsi vacibdir. Südü isidib içərisinə çökə yarpağı atın və 15 dəqiqə dəmlənməyə qoyun. Daha sonra süzüb üzünüzə onunla masaj edin. 15-20 dəqiqə gözlədikdən sonra üzünüzü ilıq su ilə yuyun. Bu maskanı həftədə 2-3 dəfə tətbiq edə bilərsiniz. Dərinizin möhkəmləndiyini və gözəlləşdiyini hiss edəcəksiniz.