04 oktyabr 2021 16:55
1061

Kaliforniya Universitetinin alimləri insan bədəninə bərkidilən generator hazırlayıblar

Аmerikanın Kaliforniya Universitetinin mühəndisələri insan bədənindəki implantları doldurmaq üçün istifadə edilə bilən unikal bir bir enerji mənbəyi hazırlayıblar.

Qeyri -adi cihaz istifadə rahatlığı ilə seçilir. Müəlliflər bildiriblər ki, cihaz elektrik enerjisini insan bədəninin hərəkəti nəticəsində meydana gələn nəbz dalğalarından istifadə edərək hasil edir. “Nature Materials” nəşrinə görə, cihaz insana heç bir narahatlıq hissi vermir.

“Bu texnologiyanın unikallığı insanların rahat hərəkət etmələrinə imkan verməsidir. Cihaz birbaşa dəriyə bərkidilir, maqnitdən hazırlandığı üçün nəm və tər onun işinə heç bir təsir göstərmir ”,-deyə layihənin baş mütəxəssisi Jun Çen bildirib.

Cihaz insan bədəninə daxil edilmiş yad tibbi cisimləri doldurmaq üçün istifadə edilə bilər. Bundan əlavə, generator cib telefonu da daxil olmaqla hər hansı bir qadjet üçün faydalı olacaq.

Nubar Süleymanova, “İki sahil”