05 oktyabr 2021 16:42
1084

Qabanlar pop ulduza hücum edib - FOTO

“İnstagram” hesabında məşhur müğənni Şakira başına gələn qorxulu bir hadisəni paylaşıb.

“İki sahil” “mirfactov.com” saytına istinadən xəbər verir ki, Pop-divaya qabanların hücum etməsi xəbəri fanatları arasında narahatlıq yaradıb.

Müğənni insidentlə bağlı kiçik bir videoçarxı da izləyiciləri ilə bölüşüb.

Parkda gəzişən iki vəhşi qaban ona hücum edərək içərisində şəxsi əşyaları olan çantasını dartışdıraraq qaçıblar. Sonradan yaxınlıqdakı meşədən müğənninin çantası polislər tərəfindən tapılaraq təhvil verilib.

Müğənni və azyaşlı uşağı hadisədən zərər görməsə də, çantada olan bütün əşyaları ələ gəlməz halda olub.