05 oktyabr 2021 17:15
2510

Ayaqlarda uyuşma nəyin əlamətidir?

Ayaqlarda bəzi dəyişikliklər qanda "pis" xolesterolun artdığını göstərir. Bu barədə Cənub Ürək -Damar İnstitutunun amerikalı həkimləri məlumat veriblər.

Amerika Birləşmiş Ştatlarından olan mütəxəssislər xolesterolun bir maddə olaraq orqanizm üçün heç bir təhlükə yaratmadığını, ancaq yüksək səviyyədə olarsa, sağlamlığa mənfi təsir etdiyini bildiriblər.

Orqanizmdə yüksək yağ elementinin olduğunu göstərən bir neçə xəbərdarlıq işarəsi var. Hər şeydən əvvəl, gəzərkən ayaqlarda uyuşma, ağırlıq və zəiflik vəziyyətidir.

Həmçinin, həkimlər ayaq dırnaqlarının yavaş böyüməsini, ayaqların soyuq olmasını, yaraların zəif sağalmasını və əzalardakı dərinin rəngsizləşməsini həyəcan siqnalı kimi qiymətləndiriblər.

Yüksələn xolesterol ciddi xəstəliklərin yaranmasına səbəb olur, ona görə də xolestrinin səviyyəsini daim nəzarətdə saxlamaq lazımdır.

Nubar Süleymanova, “İki sahil”