İspaniyanın Palma adasında (Kanar arxipelaqının muxtar ərazisi) püskürən vulkan "yanar şarlar" atmağa başlayıb.
“Periodiko” nəşrinin yaydığı məlumata görə, Palma adasında püskürən bir vulkan "yanar şarlar - böyük yanan piroklastlar" atmağa başlayıb. Mütəxəssislərin fikrincə, vulkanın partlayıcı aktivliyinin artması ehtimalı var. Bir gün əvvəl Palmanın cənub hissəsində 115 zəlzələ qeydə alınıb, lakin onların gücü 4 baldan çox olmayıb. Hazırda lava 413 hektar əraziyə yayılıb.
Xatırladaq ki, 19 sentyabrdan Palma adasında El Paso qəsəbəsi ərazisində Tenegia vulkanı püskürməyə başlayıb.
Təxminən minə yaxın bina lava axını nəticəsində dağılıb, 6 minə yaxın insan təhlükəsizlik səbəbiylə təxliyə edilib, xəsarət alan yoxdur.
Nubar Süleymanova, “İki sahil”