Pəhriz saxlayaraq çəki atmaq istəyənlər ağ düyüdən imtina etməyə bilərlər. Bu barədə hindistanlı dietoloq Şikxa Maxadjan “Femina” nəşrinə müsahibəsində xəbər verib. Onun sözlərinə görə, əksinə, düyü artıq çəkidən qurtulmağa çox kömək edir.
Faydalı vitamin və antioksidantlarla zəngin bu məhsul zəngin karbohidrat mənbəyidir. Düyü beyinin işini yaxşılaşdırır və D vitamini, kalsium, tiamin, riboflavin kimi dəyərli maddələrlə zəngindir.
Düyüdə olan minerallar və vitaminlər immunitet sisteminin işini stabilləşdirir, maddələr mübadiləsini gücləndirir ki, bu da pəhriz zamanı xüsusi əhəmiyyət kəsb edir.
Məhsulun tərkibində qlüten olmadığına görə allergiklər də rahat qəbul edə bilərlər. Bundan əlavə, düyünün tərkibində damarların daralmasına səbəb olan və ürəkdə əlavə stress yaradan natrium yoxdur. Düyü həm də dəmir mənbəyidir və anemiya ilə mübarizə aparır.
Nubar Süleymanova, “İki sahil”