07 oktyabr 2021 00:45
1115

Qızı Xalq artistindən "Gelanvagen" istəyir

Rusiyanın Xalq artisti Oleq Qazmanovun ailəsi övladı Mariyanın dekabrda olacaq doğum gününə indidən hazırlıq görməyə başlayıb.

“İki sahil” xəbər verir ki, 18 yaşı tamam olacaq Mariyanın atasından istədiyi ad günü hədiyyəsi onu təəccübləndirib. O, O.Qazmanovdan ona "Gelanvagen" almasını xahiş edib.

İfaçı qızından belə bir istək gələcəyini düşünmədiyini, onunla bağlı tamamilə fərqli fikirləri olduğunu bildirib. Qızına maşın və mənzil almaq imkanı olsa da, Qazmanov Mariyanın hələlik sərbəst yaşamasına icazə vermək istəmədiyini deyib.